XII könüllülük proqramına yeni seçilmiş gənclərlə görüş keçirilib
13 Aprel 2023
Bu gün XII könüllülük proqramına yeni seçilmiş gənclərlə görüşümüz baş tutdu.
Görüş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra NAYORA-nın sədri Azər Əliyev, Baş katibi Ramin Həbibzadə və katibliyin digər əməkdaşları çıxış edərək təşkilat, könüllülərin fəaliyyəti, 4 ay müddətində birlikdə görəcəyimiz işlər barədə məlumat vermişdir.
Qeyd edək ki, yeni seçilmiş gənclər artıq fəaliyyətlərinə başlayırlar.
Könüllülərimizin hər birinə uğurlar arzu edirik!