“Xl könüllüllük“ proqramına yeni seçilmiş könüllülərimizin infosessiyası baş tutub
17 Oktyabr 2022

“Xl könüllüllük“ proqramına yeni seçilmiş könüllülərimizin infosessiyası baş tutub.
İnfosessiya zamanı NAYORA-nın sədri Azər Əliyev və Baş katibi Ramin Həbibzadə könüllülərlə tanış olaraq, onlara NAYORA-nın fəaliyyət istiqamətləri, strukturu, həmçinin bundan əvvəlki könüllülük proqramlarının nəticələri haqqında məlumat veriblər.
Daha sonra koordinatorlar tərəfindən 4 aylıq proqramla bağlı geniş məlumatlar təqdim edilib.
Könüllülərimizə 4 aylıq proqram müddətində uğurlar arzu edirik!