Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq konfrans keçirilib

26 Fevral 2023

Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq konfrans keçirilib

Xocalı Soyqırımının 31-ci ildönümü ilə əlaqədar olaraq konfrans keçirilib.

“Xocalı soyqırımı: Gənclər və gənclər təşkilatlarının faciənin tanıdılmasında rolu” mövzusunda baş tutan konfrans öz işinə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

İlk olaraq Fransız-Azərbaycan Universitetinin icraçı direktoru Vazeh Əsgərov çıxış edərək Xocalı Faciəsi ilə bağlı keçirilən tədbiri yüksək qiymətləndirdiyini vurğulayıb.

Daha sonra NAYORA-nın sədri Azər Əliyevin moderatorluğunu etdiyi və AR Milli Məclisinin deputatları Musa Qasımlı, Ceyhun Məmmədovun spiker olduğu görüş başlayıb.

Görüş zamanı “Xocalıya Ədalət” beynəlxalq kompaniyası, Xocalı həqiqətləri, Xocalı Faciəsinin tarixi kökləri kimi mövzular ətraflı müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb. Həmçinin NAYORA tərəfindən Qum sənəti ilə hazırlanmış videoçarx təqdim olunub.

Ev sahibliyi üçün Fransız-Azərbaycan Universitetinə təşəkkürümüzü bildiririk.