Xocalı soyqırımının 31-ci ildönümü münasibətlə 26 fevral tarixində Ağdam Konfrans Mərkəzində “Unudulmayan tarix” adlı tədbir keçirilib

27 Fevral 2023

Xocalı soyqırımının 31-ci ildönümü münasibətlə 26 fevral tarixində Ağdam Konfrans Mərkəzində “Unudulmayan tarix” adlı tədbir keçirilib

Xocalı soyqırımının 31-ci ildönümü münasibətlə 26 fevral tarixində Ağdam Konfrans Mərkəzində “Unudulmayan tarix” adlı tədbir keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilən anım tədbiri, iştrakçıların Ağdam Şəhidlər Xiyabanına ziyarəti ilə başlayıb. Rəsmi və bədii hissələrdən təşkil edilən tədbirdə rəsmi şəxslər, Xocalı şahidləri, gənclər, xarici ölkələrin diplomatik korpusunun və gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Sonda dünya şöhrətli fotojurnalist Reza Deqhati tərəfindən qurulan sərgi və maarifləndirici stendə baxışla davam edən tədbir soyqırımı qurbanlarının xatirəsinin 17:00-da 1 dəqiqəlik sükutla yad edilməsi ilə başa çatıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Gənclər Fondunun və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.