Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə

25 Fevral 2022

Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə

24 fevral 2022-ci il tarixində ADA universitetində Xocalı Soyqırımının 30-cu il dönümü ilə əlqədar “Xocalı Soyqırımı beynəlxalq ictimaiyyətin gözü ilə” konfransı keçirildi.

NAYORA-nın Baş Katibi Ramin Həbibzadənin moderatorluğunu etdiyi konfrans AR Gənclər Fondunun İcraçı direktorun müavini Qədir Xəlilov, ADA Universitetinin dekanı Anar Vəliyev və NAYORA-nın sədri Azər Əliyevin çıxışları ilə işinə başlamışdır.

Ölkəmizdə yaşayan 50- dən çox əcnəbi gəncin, ölkə xaricində təhsil alan azərbaycanlı gənclərin və üzv təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransın əsas məqsədi Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması və təbliği olmuşdur.

Konfransın ikinci hissəsində Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş Şöbəsinin müdiri Faiq Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şöbə müdiri Toğrul Məmmədli, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Baş Katibi Orduxan Qəhrəmanzadə və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının İcraçı direktoru Rafael Hacıbəylinin iştirakı ilə panel müzakirəsi baş tutdu.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, ADA universiteti, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirildi.

Ev sahibliyi üçün ADA universitetinə təşəkkürümüzü bildiririk.