Xöşbəxt ailələrdə vulqar ənənə riskləri (XAVƏR)
7 Oktyabr 2021

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Xöşbəxt ailələrdə vulqar ənənə riskləri (XAVƏR)” adlı layihənin həyata keçirilməsinə başlanılmışdır. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun 8000 (səkkiz min) manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir.
Layihənin məqsədi Azərbaycanda ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği sahəsində gənclərin, xüsusən də, yeni ailə quran gənc ailələrin vulqar ənənə (sevən gənclərə və gənc ailələrə valideynlərin yersiz müdaxilələri, aktuallığını itirmiş adətlər, boşanmalara rəvac verən ənənələr) risklərindən qorunması istiqamətində onların ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etməkdən ibarətdir.
Layihənin müddəti 3 ay olmaqla, 01 oktyabr – 31 dekabr 2021-ci il tarixlərini əhatə edəcəkdir. Layihə çərçivəsində coğrafi və gender balans nəzərə alınmaqla, respublika üzrə 18-35 yaş arası 25 nəfər gənc və gənc ailə üçün ailə dəyərləri, əxlaq və etika normaları mövzusunda Lənkəran şəhərində yerləşən “Lüks Lənkəran” otelində 06-08 noyabr tarixlərində 3 günlük nəzəri-praktik konfrans (panel müzakirələr) təşkil olunacaqdır. Tədbirdə iştirak edən gənclərə sertifikatlar veriləcəkdir.
Məlumat üçün bildirək ki, konfransda iştirak etmək istəyən gənclər MAGİYA ictimai birliyinin www.epsaya.az adlı internet səhifəsinin “Yeniliklər” bölümünün “Elanlar” hissəsində yerləşdirilən müvafiq elektron ərizə formasını (https://docs.google.com/forms/d/e/1FAIpQLSenl_GNAs46NWc7bDv5Mt--32F0nBNqJPhVES4tYm1DtpBy4A/viewform?vc=0&c=0&w=1&flr=0) 24 oktyabr 2021-ci il, Saat 24.00-adək dolğun formada doldurub göndərməlidirlər.
Əlavə edək ki, 3 günlük tədbir zamanı nəqliyyat xərcləri istisna olmaqla, bütün iştirakçıların çay-kofe, yemək və oteldə qalmaq xərcləri (3 gecə) layihə çərçivəsində MAGİYA ictimai birliyi tərəfindən ödəniləcəkdir.
MAGİYA ictimai birliyinin Mətbuat Katibliyi
Əlaqə vasitələri:
(0 51) 814 44 42, [email protected], Elvin Orucov
Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, AZ 4200,
İnternet səhifəsi: www.epsaya.az, E-mail: [email protected]