Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası növbəti fəaliyyətlərini həyata keçirib

10 İyun 2022

Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası növbəti fəaliyyətlərini həyata keçirib

Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası növbəti fəaliyyətlərini həyata keçirib. 

İyunun 9-da Şura üzvləri Şağan Mədəniyyət Mərkəzində yerləşən emalatxanaya ekskursiya etmiş və orada taxtadan olan quş damlarının üzərində müxtəlif rəsmlər çəkərək ekoloji fəaliyyət həyata keçiriblər.

Fəaliyyət çərçivəsində hazırlanmış quş damları Xəzər rayonu 156 saylı tam orta məktəbin həyətində ağaclardan asılıb.

Qeyd edək ki, "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması layihəsi" Avropa İttifaqının dəstəyi, UNİCEF Azərbaycanın texniki dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə həyata keçirilir.