Yeni seçilmiş könüllülər üçün infosessiya keçirildi
12 Yanvar 2022

12 yanvar 2022-ci tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində NAYORA-nın Beynəlxalq əlaqələr və Layihələr üzrə katibi Fatimə Əsədova, İctimaiyyətlə əlaqələr üzrə katibi Aygün Kərimova və Üzv təşkilatlarla iş üzrə katibi Jalə Həsənovanın “IX könüllülük” proqramına yeni seçilmiş könüllülər üçün infosessiyaları keçirilib.
Görüş zamanı hər bir katib ayrı-ayrılıqda öz təqdimatlarını edərək könüllüləri fəaliyyətləri barədə məlumatlandırmış və sonda yönəldilən sualları cavablandırmışlar.