Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin fəaliyyətinin 22 ili tamam olur

11 Dekabr 2020

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin fəaliyyətinin 22 ili tamam olur

✨Bu gün NAYORA-ya üzv təşkilat 🔹 Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi

) fəaliyyətinin 22 ili tamam olur.

Bu münasibətlə onları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.🤗

📌Təşkilat haqqında:

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin əsas məqsədi mədəniyyət və ədəbiyyat hadisələrinin təşkili, Azərbaycan ədəbiyyatını, mədəniyyətini inkişaf etdirmək, zənginləşdirmək və dünyada tanıtmaq, yeni media, elektron kitabxana, internet resursları istiqamətində yeni nəsil yaradıcı insanları səfərbər etməkdir. Təşkilat 13 ildir ki, respublika əhəmiyyətli və beynəlxalq səviyyəli mədəniyyət, ədəbiyyat, sənət, kitab nəşri və təbliği, qəzetçilik, yeni KİV və internet fəaliyyəti ilə məşğul olur. 13 dəfə Bakı Kitab Bayramı – illik Milli Kulturoloji layihə həyata keçirmiş, 8 kitab nəşr etmiş, çoxsaylı mətbuat-ədəbiyyat layihələri həyata keçirmişdir. Hazırda internetdə və ictimai düşüncədə “Virtual Azərbaycan” layihəsini gerçəkləşdirir. YYSİB-nin bu dəyərli layihəsi əsasında www.kitabxana.net ünvanlı Milli Virtual-Elektron Kitabxana, eləcə də www.elmler.kitabxana.net kimi bir neçə portal yaradılıb.

#NAYORA