Youth Action Lab layihəsinə qoşulmaqla 5000 dollar mükafat şansı əldə edin
24 Yanvar 2021

Son müraciət tarixi: 1 Fevral 2021
Gənclərin Fəaliyyət Laboratoriyası
Ümumi məlumat - Gənclərin Fəaliyyət Laboratoriyası – davamlı və möhkəm dünya axtarışında olan yerli gənclər üçün bir illik birgə yaradıcılıq laboratoriyasıdır. Laboratoriya yenilikçi, təhlükəsiz, aktiv, inkluziv, kollektiv məkan olub, icmaların inkişafı üçün müxtəlif
konteksləri və ekosistemləri düşüncəli şəkildə qiymətləndirir. Laboratoriya vətəndaş cəmiyyəti daxilində yeni iş üsullarının sınanması və gənclərin rəhbərlik etdiyi hərəkatların dəstəklənməsi üçün mərkəz rolunu oynayacaqdır.
Məqsədlərimiz –
1 Resurslara giriş imkanı - İştirakçılara $5000 USD mükafat, maddi dəstək, təlim və digər qeyri-maliyyə qaynaqlarına giriş imkanı verəcək.
2 Strategiyaların hazırlanması - Laboratoriya gənc fəalların daha strateji və hədəfli olmalarıüçün həmyaşıdları ilə öyrənmə, mentorluq və bacarıqların artırılması ilə bağlı seminarlar vasitəsilə potensialların gücləndirilməsi üçün imkanlar təmin edəcəkdir.
3 İcmaların qurulması - Onlayn və müntəzəm təhsil sessiyaları vasitəsilə laboratoriya gənclər hərəkatlarının və kollektivlərinin birləşdirilməsi üçün imakanlar yaradacaqdır.
Kimlər müraciət edə bilər?
18-32 yaş arası gənclər;
Bir illik proqramda iştirak edə bilən gənclər;
Qlobal Cənubi ölkələri (Global South) iqtisadi, ekoloji, sosial, mədəni və vətəndaş cəmiyyəti ətrafında ən azı 2 illik iş təcrübəsi olan gənclər. (arzuolunandır);
Ətarflı məkumat üçün: https://civicus.org/index.php/what-we-do/strengthen/youth-action-lab
SON MÜRACİƏT TARİXİ:
1 FEVRAL 2021