“YouthLand23” Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir çərçivəsində müxtəlif mövzularda paralel sessiyalar keçirilib
13 Avqust 2023

Belə ki, NAYORA-nın Baş katibi Ramin Həbibzadənin moderatorluğu ilə “Gənclərlə iş müxtəlif ölkələrdə” mövzusunda beynəlxalq platformalı gənclər təşkilatların sədrlərinin spikerliyi ilə panel müzakirə, “Effektiv qərarvermənin idarəçilikdə rolu” mövzusunda Orxan Şahbaz, “IV Sənaye İnqilabı dövründə Emosional intellektin əhəmiyyəti” mövzusunda Biznes kouç və təlimçi Elçin Əzimli, “İdeyanın startapa çevrilməsi” mövzusunda Orxan Abbasovun iştirakı ilə sessiyalar baş tutub.
Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyi, AR Gənclər Fondu, üzv və tərəfdaş gənclər təşkilatlarının dəstəyi ilə keçirilən tədbir “Beynəlxalq Fəaliyyətlər ayı” çərçivəsində baş tutub.