“Öyrən, Tətbiq et, reallaşdır, təmsil et” layihəsini yekunlaşdırdıq
8 İyul 2023

NAYORA olaraq Erasmus Tələbə Şəbəkəsi - Azərbaycan İB ilə #Birlikdə layihəmizi yekunlaşdırdıq.
3 gün davam edən təlimlərdə 20 gənc yerli və beynəlxalq layihələrin yazılması istiqamətində bilik və bacarıqlara yiyələnmiş, qrup işlərində iştirak edərək layihə ideyaları ilə çıxış etmişlər. Sonda təqdim olunan layihələr münsif heyəti tərəfindən qiymətləndirilmiş və iştirakçılar sertifikatla təltif edilmişdir.
Qeyd edək ki, “Öyrən, Tətbiq et, reallaşdır, təmsil et” layihəsi AR Gənclər Fondunun dəstəyi ilə NAYORA-nın “ŞƏBƏKƏ” proqramı çərçivəsində keçirilib.