Zəfər Gününün ildönümünə həsr olunmuş görüş baş tutdu

4 Noyabr 2021

Zəfər Gününün ildönümünə həsr olunmuş görüş baş tutdu

4 noyabr 2021-ci il tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı və NAYORA-nın tərəfdaşlığı ilə Zəfər Gününün ildönümünə həsr olunmuş görüş baş tutdu.

Görüş zamanı yazar qazilər döyüş xatirələrindən bəhs etmiş, yazdıqları şeirləri səsləndirmiş və sonda yönəldilən sualları cavablandırmışlar.

Vətən uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayırıq.

Dünya Gənc Türk Yazarlar Birliyi - www.dgtyb.az