Zəngilan rayonunun tarixini və etnoqrafiyasın tanıyaq
21 Dekabr 2020

Bu dəfə sizlərlə Zəngilan rayonun tarixini və etnoqrafiyasını tanıyacağıq
Tarixi, arxeoloji, etnoqrafik və memarlıq abidələri ilə diqqəti cəlb edən Zəngilan Alban çarlığının tərkibində olmuşdur. Albaniyanın süqutundan sonra isə Səlcuqlar, Atabəylər, Monqollar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı hökmdarları, xanlıqlar və nəhayət, çar Rusiyasının tərkibinə qatılan Zəngilanın ərazisində çoxsaylı dağıdıcı hadisələr baş vermişdir.
Rayonun adı ilə bağlı görkəmli tədqiqatçı-alim Firudin Cəlilovun verdiyi məlumatda deyilir:
"Miladdan öncə Azərilərin ölkəsində azər, qəmər, qaşqay, qızıl, zəngi, ağhun, şadılı, saka və s. qədim türk tayfaları yaşayırdı. Araz çayının hər iki sahilində eyni və qohum tayfaların yaşaması
tarixi qaynaqlarda dəfələrlə yad edilmişdir. Xüsusilə azəri, zəngi, qızıl və şadılı tayfaları Arazın hər iki sahilində yayılmış qədim türk tayfaları olub ki, onlar da 4 min illik tarixə malikdirlər.
Zəngilan və Zəngəzur sözləri də bu tayfanın (zəngi) adı ilə bağlıdır.
29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonu işğal olunmuş, uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və
Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün,Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri
tərəfindən işğaldan azad edilmişdir.