Zəngilanın istirahət və kurort zonalarını daha yaxından tanıyaq
24 Dekabr 2020

Gənclər, bu dəfə sizinlə Zəngilanın istirahət və kurort zonalarını daha yaxından tanıyacağıq
Rayonun ərazinin özünəməxsus gözəllikləri, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri və kolları vardır ki, bu da öz növbəsində regionu istirahət üçün əlverişli hala gətirir.
Zəngilan düzənlərin, yüksəkliklərin, çay aхarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, gözохşayan yеr quruluşuna malikdir. Bartaz kəndi ərazisində yеrləşən Şükrətaz yüksəkliyi rayоnun ən hündür dağıdır. Saf bulaqları və havası, gеniş yaylaqları ilə yay aylarında insanların sеvimli istirahət məkanına çevrilmişdir.
Rayonun gəzməli-görməli yerlərinə Məmmədbəyli kəndində yerləşən Məmmədbəyli türbəsi, Zəngilanın mərkəzində yerləşən, Səfəvilər dövründə tikildiyi güman edilən məscid, Bartaz kəndi ilə Vejnəli kəndi arasında hündür bir dağın üstündə xalq arasında Qız qalası adlanan qalanı da adını çəkmək olar.