Zəngilanın tarixi abidələri və incəsənət xadimlərini tanıyaq

22 Dekabr 2020

Zəngilanın tarixi abidələri və incəsənət xadimlərini tanıyaq

Zəngilanın tarixi abidələri və incəsənət xadimlərini tanıyaq🤩

Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var. Rayonun ərazisində Xudafərin su qovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb və məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlara Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsi, Səkkizguşəli türbə, Alban kilsəsi, Məscid, Sərdabə, Hacallı dairəvi bürcü və bir çox tarixi abidələrin adını çəkə bilərik.

📌İndi isə gəlin bu abidələri daha yaxından tanıyaq

Memarlıq abidələrindən biri Şərifan kəndində yerləşən 🔹Şəhri-Şərifan abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayının selləri dağıdıb və yuyub aparmışdır. Abidənin ancaq sərdabə hissəsi bizə gəlib çatmışdır. Azərbaycan orta əsr memarlığında ən qiymətli abidə olan bu kompleks XII-XIII əsrə aid edilir. Rayonun Məmmədbəyli kəndində olan 🔹Məmmədbəyli türbəsi dövrümüzə qədər salamat gəlib çatan abidələrdəndir. Orada yeraltı sərdabə də mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir.

Zəngilan rayonunun incəsənət xadimləri də olduqca zəngindir. Onlardan biri Azərbaycanın teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycanın əməkdar artisti 🔹Bəhruz Vaqifoğludur. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi bir çox filmlərdə çəkilmiş, bununla yanaşı "Günaydın, mələyim", "Cavad xan", "Vəkil hanı?", "Çölçü", "Dərvişin qeydləri", "Yarımçıq xatirələr" kimi ekran əsərlərində maraqlı rollar yaratmışdır. Gənclərin Ümumrespublika Teatr Festivalında dəfələrlə iştirak etmiş və qalib olmuşdur. Digər bir Zəngilanlı və Azərbaycan əməkdar artisti adını almış teatr və kino aktrisası Leyli Vəliyevadır. O, Respublika və Beynəlxalq Teatr Festivalları laureatı olmuş 24 dekabr 2002-ci ildə "Əməkdar Artist" fəxri adına daha sonra isə, Prezident Mükafatına layiq görülmüşdür.

#Zəngilan #QarabağAzərbaycandır #ZəfərimİZ