Zərdab gəncləri üçün keçirilən "G2S2 – Gəncdən Gəncə Soft Skills" layihəsi yekunlaşıb
20 Fevral 2023

Zərdab gəncləri üçün keçirilən "G2S2 – Gəncdən Gəncə Soft Skills" layihəsi yekunlaşıb.
2 gün davam edən layihə zamanı iştirakçlara “Zamanın idarə olunması”, “Düzgün CV yazılması qaydaları", “Hədəf təyinetmədə SMART metodu” və “SWOT Analiz” kimi mövzularda təlimlər, vörkşoplar, panel görüşü və komanda quruculuğu oyunları keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd Region gənclərinin yumşaq bacarıqlarının (Soft Sklils) inkişafını və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarət olub.
Qeyd edək ki, layihə AR Gənclər Fondunun dəstəyi, NAYORA-nın Gənclər Təşkilatlarlarının Fəaliyyətlərinin Dəstəklənməsi Proqramı - 2.0 çərçivəsində Gəncliyə Dəstək İctimai Birliyi tərəfindən keçirilib.