”Azərbaycan Diabet Liqası” İctimai Birliyi

”Azərbaycan Diabet Liqası” İctimai Birliyi

Azərbaycan Diabet Liqası (ADL) 1999-ci ildən yaranmasına baxmayaraq, 14 sentyabr 2000-ci ildən dövlət qeydiyyatından keçmiş ictimai birlik kimi fəaliyyət göstərir. ADL-in missiyası: «Şəkərli diabetlə xəstə olan vətəndaşlarımızın həyat keyfiyyətini yüksəltmək, hüquqlarını müdafiə etmək və əhalinin sağlamlığının mühafizəsində yaxından iştirak etməkdir. ADL-nın 2000-dən çox üzvü, 7 regionda nümayəndəliyi var. ADL Azərbaycanın ictimai aləmində də çox fəaldır. O, Milli QHT Forumun, Uşaq hüquqları üzrə QHT Alyansın, AR Gənclər Təşkilatının Milli Şurasının, Əlil Təşkilatlar İttifaqının və “Sağlamlığa Çağırış”QHT Alyansının üzvüdür və əksəriyyətinin idarə heyetinə daxildir.