”Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi

”Azərbaycan Gənclər İttifaqı” İctimai Birliyi

"Azərbaycan Gənclər İttifaqı" İctimai Birliyi 1994-cü ildən fəaliyyət göstərən yerli qeyri-hökümət təşkilatıdır. Təşkilatın əsas məqsədi Azərbaycanda gənclər siyasətini həyata keçirilməsi üçün effektli mexanizmin yaradılması, gənclərin təşəbbüskarlıq və yaradıcıllığının inkişaf etdirilməsi, gənclərin sosial vəziyyətinin monitorinqi, əlil və valideyn himayəsindən məhrum olmuş uşaqların, qaçqın və məcburi köçkün gənclərin, yeniyetmələrin və uşaqların hüquqlarını müdafiəsi məqsədi ilə proqramların hazırlanması və həmçinin gənclərin sosial, səhiyyə, təhsil, ekologiya, mədəniyyət və digər sahələrdə maarifləndirilməsindən ibarətdir.