"Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyi

"Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyi

“Azərbaycan Əlil Velosipedçilərə dəstək” ictimai birliyinin yaradılmasının əsas məqsədi fiziki məhdudiyyətli şəxslərdə Paravelosiped idman növünə (Paracycling) maraq oyatmaq, onların cəmiyyətə inteqrasiyası, özünəinam hissinin qüvvətlənməsi, həmçinin reabilitasiya imkanlarının genişləndirilməsinə eyni zamanda onların asudə vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaq, həm də Beynəlxalq Paracycling idman növünün Azərbaycanda inkişafına dəstək olmaq istiqamətində müvafiq işlər görməkdir.
Paravelosiped idman növü əlilliyi olan uşaqlar və fiziki məhdudiyyətli gəncləri sağlam həyat tərzi keçirməyə alışdırmaqla yanaşı, həmçinin onların peşəkar idmançı kimi özünü təsdiqləməsinə imkan yaradır.