"Cavan Gənclər Hərəkatı" İctimai Birliyi

"Cavan Gənclər Hərəkatı" İctimai Birliyi

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi 2017-ci ildə yaradılıb, əsas məqsədi Azərbaycan gəncliyini narahat edən məsələlərlə yaxından maraqlanaraq onların həlli istiqamətində dövlətimizin gördüyü işlərə dəstək olmaqdır Azərbaycan əhalisinin əksəriyyəti gənclərdən ibarətdir. Gənclər ölkəmizin əsas qüvvəsi, onu gələcəyə aparan insanlardır. Birgə fəaliyyət Azərbaycan dövlətini və gəncləri daha da güclü edəcək! “Cavan” istəyir ki, onların həyatı daha maraqlı olsun. Gənclər oxumaq, əylənmək, idmanla məşğul olmaq, yeni dostlar qazanmaq, sevmək, sevilmək, yaxşı karyera qurmaq kimi təbii istəklərini Azərbaycanda reallaşdıra bilsinlər. “Cavan” əmindir ki, Azərbaycanda hər bir gəncin bunları etməyə haqqı və imkanı var. “Cavan”ın təklif etdiyi layihələr ölkə gəncliyini maraqlandıran bütün sahələri əhatə edir.“Cavan” Gənclər Hərəkatı İB-nin əsas məqsədi gənclərimizi narahat edən məsələlərin həlli istiqamətində dövlətimizin gördüyü işlərə dəstək olmaqdır.