"Dan Beynəlmiləlçi Gənclər" İctimai Birliyi

"Dan Beynəlmiləlçi Gənclər" İctimai Birliyi

Dan Beynəlmiləlçi Gənclər İctimai Birliyinin əsas məqsədi gənclər arasında maarifçilik işinin aparılmasıdır. Dan” BGİB əsas fəaliyyət istiqamətində Azərbaycan Respublikasında “Dövlət Müəssisələrindən Uşaqların Ailələrə Verilməsi (De-institusionalizasiya) və Alternativ Qayğı”, “İnklüziv Təhsil” və “Gənclərin İnkişafı“ Dövlət Proqramları çərçivəsində 100-dən çox layihə və tədbirlər (dəyirmi masalar, konfranslar, seminarlar, treninqlər, icma görüşləri, mərkəzi və regional TV verlişlər, sərgilər, xeyriyə konsertləri, təqdimatlar və s.) keçirmişdir. Birlik öz fəaliyyətində dövlət təşkilatları (Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı şəhər və rayon İcra Hakimiyyətləri, Azərbaycan Dövlət Neft Şirkəti), yerli və beynəlxalq fondlar (Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Fondu, UNİCEF, «The Other Space Foundation») və biznes strukturların dəstəyinə əsaslanaraq müxtəlif layıhələri həyata keçirir.