"Dünya Gənc Türk Yazarlar Birliyi" İctimai Birliyi

"Dünya Gənc Türk Yazarlar Birliyi" İctimai Birliyi

Dünya Gənc Türk Yazarlar İctimai Birliyi 21 il öncə təsis olunub, 20 ildən bəri isə dövlət qeydiyyatından keçərək uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr ger¬çəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən Dünya Gənc Türk Yazarlar Birliyi, mövzu ilə bağlı yetərli təcrübəyə, bilgilərə, əlaqələrə malikdir.
İctimai Birlik indiyədək Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və s. donor qurumların dəstəyi ilə bu sahədə onlarla layihə həyata keçirib. Təşkilat 21 il öncə təsis olunub, 20 ildən bəri isə dövlət qeydiyyatından keçərək uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən Dünya Gənc Türk Yazarlar Birliyi, mövzu ilə bağlı yetərli təcrübəyə, bilgilərə, əlaqələrə malikdir

DGTYB həmçinin ayrı-ayrı türk ölkə və topluluğunda düzənlənən onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib. Birliyin türk ölkə və topluluqlarında təmsilçiləri fəaliyyət göstərir.

Təşkilatın təsisçisi Əkbər Mehdi oğlu Yolçuyev Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2015-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub, Təşkilatın təsisçilərindən Rəsmiyyə Sabir qızı Əşrəfova Dünya Gənc Türk Yazarlar Birliyinin yaranmasının 20-ci il dönümü münasibəti ilə2018-ci ilin noyabr ayında TÜRKSOYun"Molla Pənah Vaqif" medalına layiq görülüb.

Təşkilatın sədri Cavanşir İntiqam Yaşar oğlu Azərbaycan Yazıçılar Birliyinin təqdimatı ilə 2015-ci ildə Azərbaycan Prezidentinin Təqaüd Fondunun təqaüdünə layiq görülüb. 2015-ci ildəki uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “İlin gənci” mükafatına layiq görülüb. 2019-cu ildə Azərbaycan Yazıçılar Birliyinin “Uğur” mükafatına layiq görülüb. 2019-cu ildə "Gəncliyin səsi" festivalında fəal iştirakına görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən diplomla təltif olunub. 3 kitabın müəllifi, bir çox kitabların tərtibçisi, redaktoru, layihə rəhbəridir.

Təşkilat olaraq "Dünya Gənc Türk Yazarlar Birliyi" Türk dünyasında gənc yazarların 2007-ci il 2 fevral günü "Gənclər mükafatı"na layiq görülüb. Dünya Gənc Türk Yazarlar Birliyinin seçkili orqanlarında təmsil olunan üzvlərinin hamısı Azərbaycanın və digər türk ölkə və topluluqlarının diplom və fəxri fərmanlarına layiq görülüb.