"Erasmus Tələbə Şəbəkəsi " - "Azərbaycan İB" (ESN)

"Erasmus Tələbə Şəbəkəsi " - "Azərbaycan İB" (ESN)

Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Azərbaycan nümayəndəliyi 2014-cü ildə təşəbbüs qrupu kimi yaranmış, 2015-ci ildə Erasmus Tələbə Şəbəkəsinə (Erasmus Student Network) 38-ci üzv ölkə kimi qeydə alınmış və 31 oktyabr 2019-cu ildə isə Ədliyyə Nazirliyi tərəfindən ictimai birlik kimi rəsmi dövlət qeydiyyatına alınmışdır. Erasmus Tələbə Şəbəkəsi (ETŞ/ESN) Avropanın ən böyük könüllü tələbə assosiasiyasıdır. ETŞ 16 oktyabr 1989-cu ildə yaranmış və 1990-cı ildə hüquqi olaraq qeydiyyatdan keçmişdir. ETŞ hal-hazırda 42 ölkənin 1000-ə yaxın ali təhsil müəssisəsində təmsil olunur. Təşkilatın əsas məqsədi gənclər arasında mobililik (Erasmus+) və xaricdə təhsil proqramlarını təbliğ etmək, ölkəmizə gələn xarici tələbələrin cəmiyyətimizə inteqrasiyasına dəstək olmaq, mədəniyyətlərarası dialoqa təkan vermək, gənclər üçün özünü inkişaf imkanları yaratmaq və onlar üçün inkluziv təhsili əlçatan etdirməkdən ibarətdir. Təşkilatımız beynəlxalq bir təşkilat olduğu üçün hər il müxtəlif ölkələrdə üzv ölkələrin nümayəndələrinin müxtəlif məzmunlu görüşləri baş tutur. Bu tədbirlər daha çox təşkilat daxili qanunların qəbul edilməsinə, müxtəlif beynəlxalq layihələrin qarışılıqlı müzakirə edilməsinə və təşkilat üzvlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönlənib.