"Gənc İstedadlara Dəstək" Fondu

"Gənc İstedadlara Dəstək" Fondu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə Gənc İstedadlara Dəstək Fondu Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsilə birgə 07-08, 14-15 avqust 2010-cu il tarixlərində Quba rayonunun Ərməki kəndi yaxınlığında yerləşən “Qırmızı Qərənfil” İstirahət Mərkəzində Sumqayıt şəhərində yaşayan və fəaliyyət göstərən istedadlı, yaradıcı, fəal gənclərinin, perspektivli idmançılarının və məşqçi-müəllimlərinin bir qrupu üçün (cəmi 50 nəfər) “Gənclik şəhərinin sağlam gəncliyi olmalıdır” devizi altında “Yay məktəbi” təşkil edilmişdir.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə 15 sentyabr 2011-15 yanvar 2012-ci il tarixlərində “Dünya” MTRŞ-nin çəkiliş pavilyonunda şəhər gəncləri arasında “Erudit” İntellektual Televiziya Oyunu keçirilmişdir. Yarışlarda ayrı-ayrı sahələri təmsil edən 192 nəfər gənc komanda və fərdi formatlarda iştirak etmişdir.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyilə 15 sentyabr-05 dekabr 2012-ci il tarixlərində “Sumqayıt şəhərinin gəncləri arasında “Gənclik şəhərinin sağlam gəncliyi olmalıdır!” devizi altında maarifləndirici tədbirlərin keçirilməsi” adlı layihə həyata keçirilmişdir.