"Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi

"Həkimlər və Təbib Tələbələr" İctimai Birliyi

“Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi (AzerMDS) 2005-ci ildə Azərbaycanda IFMSA-in (Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası) tərkibində təsis edilib. IFMSA (International Federation of Medical Students` Associations) bütün dünya tibb tələbələri assosiasiyalarının müstəqil, qeyri- hökumət və qeyri-siyasi federasiyasıdır. 126 ölkədən 136 milli təşkilat bu federasiyaya tamhüquqlu üzvdür və dünya üzrə 1.3 milyona yaxın tibb tələbləsini təmsil edir. 2004-2006-cı illərdə IFMSA-da namizəd üzv kimi fəaliyyət göstərmişik. 2007-ci ildən bu federasiyanın tamhüquqlu üzvüyük. 2007-ci ildə “Azərbaycan Həkimlər və Təbib Tələbələr” İctimai Birliyi Azərbaycan Republikasının qeyri-hökumət təşkilatı kimi qeydiyyata alınıbAzerMDS-in vəzifəsi Azərbaycanlı gənc həkimlərin və təbib tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsinə, səhiyyə və ictimai sağlamlıq problemlərinin həllində aktiv iştirakına dəstək olmaqdır.