"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi

"İnternat Məzunlarının Sosial İnteqrasiyası" Gənclər İctimai Birliyi

“İnternat Məzunlarının Sosial İnteqrasiyası” Gənclər İctimai Birliyi 01.12.2012-ci il tarixində Bakı şəhərində internat məzunu olan gənclərin təşəbbüsü ilə təsis edilmiş qeyri-siyasi, könüllü, özünü idarə edən qeyri hökumət təşkilatıdır. Birlik 10.02.2014-cü il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.
Təşkilatın məqsədi uşaq evi və internat məktəblərindən məzun olmağa hazırlaşan və məzun olmuş gənclərin müstəqil həyata inteqrasiyası, təhsilə marağın artırılması, bu kontingentdən olan vətəndaşların məşğulluq və əmək fəaliyyətinə hazırlanması, onların gələcəkdə ölkəmizin ÜDM-ə töfhə verməsinə zəmin yaratmaq, habelə peşə vərdişlərinə yiyələnməsi, asudə vaxtlarının səmərəli təşkili, dünya görüşlərinin artırılması, sosial problemlərinin həllinə köməklik göstərmək və müxtəlif mövzularda maariflənmələrini təmin etməkdir.