"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi

"İşıqlı Gələcək" Gənclər İctimai Birliyi

Təşkilat 2010-cu ildə pərakəndə şəkildə müxtəlif təşkilatların daxilində könüllü olaraq işə başlamış, sonradan 8 May 2013-cü ildə bir qrup fəal region gəncləri tərəfindən təsis edilmiş, elə həmin ilin oktyabr ayının 24-də qeyri- hökümət, qeyri-kommersiya, müstəqil gənclər qurumu kimi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Təşkilatın əsas məqsədi region gənclərinin hərtərəfli inkişafına kömək etməkdən ibarətdir. “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi Mingəçevir şəhərində fəaliyyət göstərən ilk yerli, müstəqil qeyri- hökumət gənclər təşkilatıdır. ​ Təşkilat 2014-cü ildə uğulu fəaliyyətinə görə Mingəçevir şəhər rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.