"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi

"SAF Həyat Naminə" Gənclər İctimai Birliyi

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi 01.03.2010-cu ildə təsis edilmişdir. 30.04.2010-cu il tarixində Ədliyyə Nazirliyində qeydiyyatından keçmişdir. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və öz Nizamnamə əsasında həyata keçirir. Təşkilatın əsas fəaliyyətin istiqamətləri: - Gənclərin arasında zərərli vərdişlərin aradan qaldırılmasına kömək etmək; - Gənclərin sosial problemlərin həllinə yardım etmək; - Gənclərin hüquqi biliklərinin artırılması; - Gənclərin elm, təhsil, mədəniyyət sahəsində maarifləndirilməsində kömək etmək; - Gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsinə kömək etmək.