"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi

"Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyi

Azərbaycan Respublikası «Uşaq və Tələbə Gənclər Dünyası» İctimai Birliyi 25 iyun 2002-ci ildə təsis olunub və 5 noyabrda 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Azərbaycan Respublikası «Uşaq və Tələbə Gənclər Dünyası » İctimai Birliyi evlərdə olan şəhid, qaçqın, məcburi köçkün, əlil, valıdeynsiz (bir ya, hər ikisini itirmiş), internat, imkansız ailələrdən olan uşaq və gənclərin, tələbələrin problemlərini aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Qanunvericiliyi çərçivəsində dövlət orqanları və digər təşkilatlarla əlaqələr yaradır, birgə humanitar tədbirlər həyata keçirir. Hazırda birlik üzvlərinin sayı 2000-dən çoxdur. Cəmiyyətimiz istedadlı uşaqları axtarıb taparaq üzə çıxarır, gənclər arasında müxtəlif yarışlar keçirib qalibləri mükafatlandırır. Cəmiyyətimiz 2002-ci ildən indiyədək hər il təqvimdə önəmli olan günlərdə: H.Əliyevin doğum günü, 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi günü, Dünya Azərbaycanlılarının həmrəyliyi günü , Yeni il, 8 Mart, Novruz bayramı münasibətilə tədbir keçirtmiş, uşaqlar üçün süfrə açmış və hər cür hədiyyələr bağışlamışdır. Təşkilatın 8 rayon şöbəsi fəaliyyət göstərir. Bu illər ərzində 200-dən çox tədbirlər, layihələr həyata keçirtmişdir.