"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi

"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi

«Vətəndaş Cəmiyyətində Debat» İctimai Birliyi öz fəaliyyətini Azərbaycanda 1998-cu ildən «Debat» təhsil proqramı kimi başlamışdır. İctimai Birlik kimi 2001-ci ildə təsis edilib. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin missiyası müxtəlif xidmətlərin göstərilməsi və gənclərin təşəbbüslərinin dəstəklənməsi vasitəsi ilə cəmiyyətin maarifləndirilməsidir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təşkilatımız 2005-ci və 2007-ci illərdə ilin ən yaxşı gənclər QHT-si kimi xüsusi diplomla təltif olun-muşdur, 2007-ci və 2011-ci illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəal gənclər ilə görüşündə iştirak etməyə layiq görülmüşdür. 13 il ərzində təşkilat tərəfindən dövlət qurumları, müxtəlif şirkətlər, qeyri-hökümət təşkilatları və gənclər üçün 20000 nəfərin iştirakı ilə 75-dən artıq debat yarışları, 350 təlim, seminar və konsaltinq, 24 Yay Məktəbi və 15-dən artıq ölkənin iştirakı ilə 2 Beynalxalq Forum keçirilmişdir. Bu gün təşkilat Respublikanın bir çox regionunda fəaliyyət göstərərək 60 məktəbi, 31 ali təhsil müəssəsini birləşdirir.