"Yaddaş Maarifçi Gənclər" İctimai Birliyi

"Yaddaş Maarifçi Gənclər" İctimai Birliyi

Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi 2002-ci ildə bir qrup gəncin təşəbbüsü ilə Şəki şəhərində təsis edilmiş və 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilat ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.