Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi (AEGEE)

Avropa Tələbələr Forumu - Bakı İctimai Birliyi (AEGEE)

2004-cü ildə bir neçə Avropa inteqrasiyası ideyalı azərbaycanlı tələbə yerli antennanın açılması təşəbbüsü ilə çıxış etmiş və artıq həmin ildə Avropa komandası ilə birgə bir neçə kiçik həcmli tədbir həyata keçirmişlər. Fəaliyyət dövründə AEGEE-Bakı təşkilatı Azərbaycan gənclərinin Avropaya inteqrasiyasına əsaslı töhfə vermiş bir çox gənclər mübadiləsi proqramı həyata keçirmişdir. Təşkilat avqustun 10, 2007 (qeydiyyat nömrəsi 1107-Q19-2432) üzrə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır.