“Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” layihəsi çərçivəsində Sosial Media və Onlayn PR təlimi
22 Avqust 2019

22-23 Avqust tarixlərində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən "Genderə-həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması" layihəsi çərçivəsində Sosial Media və Onlayn PR təlimi təşkil olunmuşdur.
Layihənin məqsədi - dayanıqlı inkişaf məqsədləri mövzusunda vətəndaş cəmiyyəti və hökümət arasında dialoq qurulmasını təmin etmək, qadınlara bacarıqlarını təkmilləşdirmələri üçün lazım olan alətləri təqdim etmək, qadınların güclənməsinə tövhə vermək və eyni zamanda həssas qrupların ehtiyaclarını daha detallı işləməkdir.
Təlimdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) İctimaiyyətlə Əlaqələr üzrə katibi Günel Salayeva və Yerli Layihələr üzrə katibi Azər Əliyev də iştirak ediblər.
Təlimin birinci günündə iştirakçılara ənənəvi və rəqəmsal media kanallarının fərqi, PR və sosial mediada informasiya böhranı haqqında məlumat verilib. Təlimlər zamanı komanda işi çərçivəsində QHT-lərin fəaliyyətlərini düzgün formalarda təbliğ etmənin mövcud üsulları, eyni zamanda, mümkün ola biləcək və gözlənilən informasiya böhranının həlli və qarşısının alınması müzakirə edilmişdir. Təlimin ikinci günündə isə müxtəlif VCT nümayəndələri maraqlı məzmun yaratma üsullarını, məzmun planını yazmağı və sosial media reklamları vasitəsilə fəaliyyətlərini təbliğ etməyi öyrəniblər. Təlimçilərin köməyi ilə sonda onlar həmçinin təşkilatlarının PR strategiyasının ilkin versiyasını hazırlayıblar.
#TheEuropeanUnion #UNDP #NAYORA #YouthStrategy #AzeYouthPolicy