"Gənclər Təşkilatlarının Beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları- 3.0"
3 Sentyabr 2021
Şamaxı, Azərbaycan
3 sentyabr 2021-ci il tarixindən etibarən "Gənclər Təşkilatlarının Beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları- 3.0" layihəsi start götürdü.
Layihə çərçivəsində ilk gün açılış mərasimi olmuş, daha sonra Mahmud Məmmədzadənin moderatorluğu ilə "Komanda quruculuğu və tanışlıq görüşü" baş tutmuşdur.
Günün sonuna doğru "Beynəlxalq təmsilçilikdə etik kodeks"lə bağlı təkliflər müzakirə olunmuş və "Beynəlxalq təmsilçilikdə etik kodeks"in hazırlanmasına dair təkliflərin formalaşması ilə bağlı qrup işi həyata keçirilmişdir.