Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclisi

28 İyun 2019

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclisi

28 iyun 2019-cu il tarixində Sabunçu Gənclər Evində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) növbəti Məclisi keçirilmişdir. Məclisdə ilk olaraq, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Daha sonra, NAYORA-nın sədri Məryəm Məcidova üzv təşkilatları və nümayəndələrini salamlayaraq, tədbirdə iştirak edən gənclər təşkilatları rəhbərlərinə iştirakı üçün öz minnətdarlığını bildirmiş, yetərsay müəyyən edildikdən sonra isə məclisi açıq elan etmişdir.
İclasın gündəliyi təsdiqləndikdən sonra Məclisin sədri kimi “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Qulamhüseyn Məmmədovun namizədliyi irəli sürülmüş və səs çoxluğu ilə qəbul olunmuşdur.
Proqrama uyğun olaraq ARGTMŞ-nın Mərkəzi Nəzarət Təftiş Komissiyasının üzvü Qasım Xasməmmədli tərəfindən ARGTMŞ-nın 2019-cu ilin birinci yarım illiyi üzrə Mərkəzi Nəzarət Təftiş Komissiyasının hesabatını təqdim etmişdir.
Daha sonra NAYORA-nın baş katibi Hüseyn Məmmədov çıxış edərək 2019-cu ilin son 6 ayı ərzində görülən işlərlə bağlı fəaliyyət hesabatını verərək keçirilən tədbirlər, konfranslar və onlayn kampaniyalar barədə geniş təqdimat etmişdir. Eyni zamanda, Hüseyn Məmmədov ARGTMŞ-nın yenilənmiş veb-saytının təqdimatını da həyata keçirmişdir.
Tədbirin gedişatında üzvlük üçün müraciət edən “Azərbaycan Əlil Velosipedçilərə Dəstək” İctimai Birliyi və “İnsan və Mühit” İctimai Birliyi Milli Şuraya assosiativ üzvlüyə qəbulu üçün səsvermə prosesi həyata keçirilmiş və səs çoxluğu ilə qəbul edilmişdir.
Ötən Məclisdə assosiativ üzvlüyə müraciət edən “Avropa Gənclər Parlamenti-Azərbaycan” İctimai Birliyinin tamhüquqlu üzvlüyə müraciəti nəticəsində assosiativ üzvlükdən tam hüquqlu üzvlüyə qəbul olunmuşdur.
Məclis cari məsələlərin müzakirəsi və xatirə fotosu ilə yekunlaşmışdır.

#NAYORA #Məclis #AzeYouthPolicy