Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması konfransı
20 Dekabr 2019

20 dekabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Təlim Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə ARGTMŞ-ya üzv olan və üzv olmayan gənclər təşkilatlarının iştirakı əsasında "Gənclər təşkilatlarının 2020-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması" konfransının 1-ci günü baş tutdu.