Təlimlər Modulu çərçivəsində ilk təlim - “PR və Böhran kommunikasiyası”

13 Aprel 2019

Təlimlər Modulu çərçivəsində ilk təlim - “PR və Böhran kommunikasiyası”

Azərbaycan Respublikası Gənclər Təşkilatı Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə 13 Aprel 2019-cu il tarixində, saat 12:00-da ARGTMŞ-nın Gənclər Evində gənclər təşkilatlarının əməkdaşları, nümayəndələri və könüllüləri üçün Təlimlər Modulu çərçivəsində ilk təlim keçirilmişdir. “PR və Böhran kommunikasiyası” mövzunda baş tutan təlim “Hajizade Group” şirkətinin baş direktoru Əli Hacızadə tərəfindən həyata keçirilmişdir. Təlim zamanı Əli Hacızadə PR menecerin iş prinsipləri, istənilən ideya və fikirlərin auditoriyaya düzgün çatdırılması və qəbul olunmasının texnologiyası, media nümayəndələri ilə ünsiyyət qaydaları və metodları, şirkətin böhran zamanı düzgün kommunikasiyası, böhrandan sığortalanmaq üçün tələb olunan idarəetmə bacarıqları, mənfi rəyi müsbətə doğru dəyişmək strategiyaları, böhrandan sonrakı fəaliyyət planı, nüfuzun yenidən bərpası və digər mövzular barədə geniş məlumat vermişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi, gənclər təşkilatlarını 4 əsas istiqamət üzrə, müvafiq sahənin ekspertləri və peşəkarları tərəfindən təlimləndirmək, fəaliyyətlərinin effektivliyini artırmaq və gənclər təşkilatlarının əməkdaşları arasında şəbəkələşməni inkişaf etdirməkdir.

#NAYORA #TəlimlərModulu