“Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı başlayır

29 Aprel 2021

📌Gənclər Təşkilatlarının nəzərinə!

Yeni bir layihə ilə qarşınızdayıq🤩

📣NAYORA üzv gənclər təşkilatlarının fəaliyyətlərinin stimullaşdırılması üçün “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramını açıq elan edir.

Proqram çərçivəsində NAYORA-nın regionlarda və paytaxtda fəaliyyət göstərən üzv gənclər təşkilatlarının layihələrinin həyata keçirilməsi üçün zəruri resurslarla təmin edilməsi nəzərdə tutulmuşdur. Bildirmək istərdik ki, 1 may tarixindən etibarən layihə qəbuluna başlanacaqdır.

Qeyd edək ki, “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. 

 

#AzGF #GənclərFondu #NAYORA #GənclərTəşkilatları #Birlikdə