“Qardaş Köməyi” layihəsində iştirak etdik
22 May 2023

NAYORA olaraq Azərbaycan və Türkiyə Gənclər və İdman Nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Qardaş Köməyi” layihəsində iştirak etdik.
NAYORA-nın İctimaiyyətllə Əlaqələr üzrə katibi Aygün Kərimova, üzv təşkilatlarımız Böyük Qayıdış Gənclər Təşkilatının layihələr üzrə meneceri Lamiyə Məmmədova və Gəncliyə Dəstək İctimai Birliyinin sədri Vəfa Xəlillinin iştirak etdiyi layihə zamanı nümayəndə heyəti Türkiyə Gənclər və İdman Nazirliyi, nazirliyin nəzdində fəaliyyət göstərən qızlar yurdunun rəhbərliyi ilə görüşmüş, həmçinin nazirliyin radiosunun qonağı olaraq, İstanbul və Ankarada tarixi məkanları ziyarət etmişlər.
Qeyd edək ki, iştirakçılar 19 May Gənclik və İdman bayramında Türkiyənin Gənclər və İdman Nazirliyinin nümayəndələri, müxtəlif şəhərlərdən gələn gənc təmsilçilərlə birgə Anıtkabiri ziyarət ediblər.