"Beynəlxalq Fəaliyyətlər Ayı" çərçivəsində görüş
5 Avqust 2023
"Beynəlxalq Fəaliyyətlər Ayı" çərçivəsində “Uğurlu beynəlxalq təmsilçilikdə etik normalar və tərəfdaşlıqların qurulması” mövzusunda görüşümüz keçirildi.
Görüşün keçirilməsində əsas məqsəd gənclərin təmsilçilik təcrübələrinin bölüşülməsi, təşkilatlar tərəfindən gənclər üçün yaradılan beynəlxalq imkanlar və beynəlxalq tədbirlərdə etik kodeks, həmçinin şəbəkələşmədən ibarət olmuşdur.
Moderatorluğunu Ramin Həbibzadənin etidiyi görüşdə ilk olaraq açılış nitqi ilə NAYORA-nın sədri Azər Əliyev çıxmış, öz fikir və təmsilçiliklə bağlı təcrübələrini iştirakçılarla bölüşmüşdür.
Daha sonra təlimçi Fəxri Məhəmmədzadə, üzv təşkilatlarımızın rəhbərləri Sevinc Qasımova, Cəsur Mədətzadə, Nərminə Hüseynzadə, Bahadur Hüseynov, Gənc elçimiz Nəzrin Quliyeva təmsilçilik təcrübələrini və ən yadda qalan məqamları bölüşüblər.
Görüşün sonunda isə şəbəkələşmə sessiyası keçirilib.
Ev sahibliyi üçün ADA Universitetinin rəhbərliyinə təşəkkür edirik.