Azər Əliyev Bonn Mübadilə Forumunda iştirak edib

12 May 2023

NAYORA-nın sədri Azər Əliyev Milli Proseslər üzrə Bonn Mübadilə Forumunda ölkəmizi təmsil edir.

Almaniyanın Bonn şəhərində keçirilən tədbirdə dünyanın 27 ölkəsindən 52-dən çox Milli Şuraların, Milli Agentliklərin, həmçinin Gənclər və İdman Nazirliklərinin nümayəndələri iştirak edir.

Tədbirin məqsədi milli prosesləri formalaşdıran əsas maraqlı tərəflərlə birlikdə Avropa Gənclər Gündəliyi 2030-un müzakirəsi, şəbəkələşmə, problemlərin qarşılıqlı həlli və gənclərlə iş sahəsində təkliflərin toplanmasından ibarətdir.