Azərbaycan Dövlət Pedaqoji Universitetində panel müzakirəmiz keçirildi

1 Noyabr 2022

Bu gün gənclər təşkilatlarının rəhbərləri ilə #Birlikdə Azərbaycan Dövlət Pedaqoji Universitetində panel müzakirəmiz baş tutdu.

NAYORA-nın sədr müavini, Vətəndaş Cəmiyyətində Debat İctimai Birliyinin sədri Ülviyyə Axundova, İdarə Heyətinin üzvü, Böyük Qayıdış Gənclər İctimai Birliyinin sədri Nail Şükürov, Gənclər üçün Təhsil Mərkəzi İctimai Birliyinin sədri Fəxrəddin Həsənzadə və Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadənin spikerliyi ilə keçirilən görüşün müzakirə mövzusu "Post-müharibə dövründə gənclərdən olan gözləntilər və informasiya müharibəsində aktiv iştirakçılıq" oldu.

Görüş zamanı universitetin tələbələri müzakirələrdə aktiv iştirak edərək öz təkliflərini səsləndirmiş, həmçinin onları maraqlandıran sualları ünvanlayıblar.

Qeyd edək ki, AR Gənclər Fondunun dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə Zəfər Günü ilə bağlı silsilə tədbirlərimiz keçirilir.

Ev sahibliyi üçün Azərbaycan Pedaqoji Universitetinin rəhbərliyinə, dəvətimizi qəbul etdikləri üçün gənclər təşkilatlarının rəhbərlərinə və aktiv iştirakçılıq üçün gənclərimizə təşəkkürümüzü bildiririk!