Gənc Elçilər proqramının açılış mərasimi keçirilib

5 Noyabr 2022

Bu gün “Gənc Elçilər” proqramının açılış mərasimi keçirilib.

Açılış mərasimi öz işinə Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Moderatorluğunu NAYORA-nın Baş katibi Ramin Həbibzadənin etdiyi tədbirdə ilk olaraq NAYORA-nın sədri Azər Əliyev çıxış edərək, proqram haqqında qısa məlumat vermiş və gənc elçilərə uğurlar arzu etmişdir.

Daha sonra Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Hüseynov və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi Nisə Paşayeva çıxış edərək, proqram haqqında fikirlərini bildirmiş, həmçinin öz təcrübələrini bölüşərək gənclərə uğur arzulamışlar.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra gənc elçilərin ilk təlimi baş tutmuş və Fəxri Məhəmmədzadənin iştirakı ilə şəbəkələşmə, komanda işi və müzakirə xarakterli təlim sessiyası keçirilmişdir.

Qeyd edək ki, Gənc Elçilər proqramı AR Gənclər və İdman Nazirliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə həyata keçirilir.

Yeni seçilmiş gənc elçilərə fəaliyyətlərində uğurlar arzu edirik!