Həsən Həsənovla görüşümüz baş tutub

9 May 2021

 

Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş görüş keçirilib.

AR birinci Baş naziri Həsən Həsənovla "Azərbaycanın müasir gəncliyinin inkişafında Heydər Əliyev irsinin təbliği" mövzusunda baş tutmuş görüş zamanı Ümummilli liderin gənclər siyasətinə gətirdiyi yeniliklərdən bəhs olunub, böyük və ibrətamiz həyat yaşamış Ulu Öndərin ideya dünyasından söz açılıb.

Sonda isə görüş iştirakçılarının sualları cavablandırılıb.