”20 Yanvar faciəsinin 30-cu ildönümü” ilə əlaqədar onlayn kampaniya
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ)-nın 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar 15 Yanvar - 21 Yanvar 2020-ci il tarixlərində başlatdığı onlayn kampaniyanı sizlərə təqdim edirik.
ARGTMŞ tərəfindən Azərbaycan və İngilis dilində 10 Fakt posteri hazırlanaraq 20 Yanvar faciəsi zamanı baş verən hadisələr və faciə qurbanları haqqında statistik məlumatlar diqqətə çatdırılıb.
Kampaniya ümumilikdə facebook, twitter və instagram sosial şəbəkələrində #AzeYouthUnited4Justice, #BlackJanuary30 həştəqlərindən istifadə olunaraq “20 Yanvar” faciəsi ilə bağlı faktları dünya ictimaiyyətinə çatdırmaq xarakteri daşıyır.
“20 Yanvar” həqiqətlərini dünya ictimaiyyətinə düzgün şəkildə çatdırılmasında bizə dəstək olan, səsimizə səs verən bütün gənclərə və gənclər təşkilatlarına dərin minnətdarlığımızı bildiririk!
#AzeYouthUnited4Justice #BlackJanuary30



















