“Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumu

29 November 2021

“Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumu

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 26 noyabr tarixində “Brave Heart" Region Gənclərinin II Sahibkarlıq Forumu keçirildi.

“Nizami İli”nə həsr olunan forumun 26 noyabr tarixində Gəncə Dövlət Filarmoniyasında keçirilən açılış mərasimi çərçivəsində rəsmilərin iştirakı ilə Nizami məqbərəsi ziyarət edilib. Daha sonra forum rəsmilərin çıxışları ilə davam edib.

Forumda Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev “Sahibkarlığa başlayan gənclər üçün netvörkinqin önəmi” mövzusunda çıxış etmiş və sonda iştirakçılar tərəfindən yönəldilən sualları cavablandırmışdır.