“Gənc Mühasiblər” İctimai Birliyinin fəaliyyətinin 21 ili tamam olur

15 February 2021

“Gənc Mühasiblər” İctimai Birliyinin fəaliyyətinin 21 ili tamam olur

✨Bu gün NAYORA-ya üzv təşkilat 🔹“Gənc Mühasiblər” İctimai Birliyinin fəaliyyətinin 21 ili tamam olur.

Bu münasibətlə onları təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.✨

“Gənc Mühasiblər” İctimai Birliyi (GMB) 2000-ci ildə respublika rəhbərliyi tərəfindən həyata keçirilən demokratikləşdirmə, vətəndaş cəmiyyəti quruculuğu prosesində daha fəal iştirak etmək məqsədilə, Azərbaycan Respublikası vətəndaşlarının mənafe ümumiliyi, könüllülük, üzvlərin hüquq bərabərliyi, özünüidarə əsasında yaradılan qeyri-hökumət təşkilatıdır. Birliyin əsas məqsədi gənc mühasiblərə informasiya və məsləhət xidmətini təşkil etməkdən ibarətdir. Birlik gənc mühasiblər üçün maliyyə, mühasibatlıq və vergi sahəsində seminar, təlim, həmçinin kursların təşkili və gənc mühasiblərin işlə təmin olunması vəzifələrini həyata keçirir. Bununla yanaşı, az təminatlı və həssas qrupuna, o cümlədən qaçqın və məcburi köçkünlərə, şəhid ailələrinə, onların uşaqlarına vergi qanunvericiliyinin tətbiqi, maliyyə və mühasibatlıqla bağlı ödənişsiz məsləhət yardımı göstərir.

#NAYORA