“İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi” layihəsinin icrasına başlanılıb

11 March 2022

“İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi” layihəsinin icrasına başlanılıb

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi 01 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İnternat məzunlarının peşə təhsilinə cəlb edilməsinə dəstəyin göstərilməsi” adlı layihəsinin icrasına başlayıb və hazırda davam edir. Layihənin əsas məqsədi layihə çərçivəsində respublika ərazisində fəaliyyət göstərən internat təhsili müəssisələrinin məzunları haqqında cəmiyyətin məlumatlandırılması, və onların məşğulluğunun təmin olunması üçün TV-lərin rolunun artırılmasından ibarətdir.

Layihə çərçivəsində icra planına uyğun olaraq Abşeron rayonu Masazır qəsəbəsindəki “Məzun evi”ndə yaşayan 100 nəfər internat məzunları arasında sorğu keçirilir. Sorğu bitdikdən sonra onların arasından seçim şərtlərinə əsasən 30 nəfər müəyyənləşdirilərək, TV kanalın birinə ekskursiya təşkil olunacaq. Eyni zamanda mütəxəssis tərəfindən həmin 30 nəfərə televiziya sahəsindəki işlərlə bağlı əhəmiyyətli təlimlər keçiriləcək. Təlim zamanı gənclərin peşə seçimiylə bağlı onlara yüksək səviyyədə motivasiya veriləcək. Işə ehtiyacı olan internat məktəblərində təhsil almış məzunların maraqlarına uyğun olaraq müvafiq peşə təhsili müəssisələrinə yönləndirəcəklər. Yaş həddinə uyğun gənclərin işlə təmin olunmasında özəl TV kanallarından gələn təkliflər dəyərləndiriləcək. Beləliklə, İnternat məzunlarının məşğulluğu təmin olunmuş olacaq. Bu layihə bitdikdən sonra da proses davam edəcək ki, bu da layihənin davamlılığına təminat vermiş olacaq.