“Intern Academy” təcrübə proqramının 2021-ci il üzrə ikinci hissəsi elan edilir

6 October 2021

“Intern Academy” təcrübə proqramının 2021-ci il üzrə ikinci hissəsi elan edilir

“Intern Academy” təcrübə proqramının 2021-ci il üzrə ikinci hissəsi elan edilir!
Proqramının əsas məqsədi gənclər sahəsində fəaliyyət göstərən aparıcı təşkilat və dövlət qurumlarında öz ixtisasları üzrə təcrübə keçməyə maraqlı olan tələbə və gənc məzunların bilik və bacarıqların artırılması, gələcək fəaliyyətlərinə təkan verilməsidir.
Təcrübə proqramına aşağıdakı ixtisaslar üzrə müraciətlər qəbul olunur:
- Gənclərlə iş;
- Sosial və humanitar elmlər (ümumi);
- Hüquqşünaslıq;
- Dövlət və bələdiyyə idarəetməsi;
- İqtisadiyyat;
- Maliyyə;
Təcrübə proqramının 1 noyabr – 24 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur.
Təcrübəçilərin gündəlik yol və yemək xərclərinin qarşılanması məqsədilə müəyyən məbləğdə aylıq məvacibin ödənilməsi nəzərdə tutulmuşdur.
Təcrübə proqramına qoşulmaq istəyən şəxslər öz tərcümeyi-hal (CV), tələbə bileti/diplom nüsxəsi və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına başlıqda “Intern Academy” qeyd etməklə göndərə bilərlər.

Ətraflı məlumat: https://youthfoundation.az/123821/

Son müraciət tarixi: 20 oktyabr, 2021-ci il.